C Company

Konstruktor Satıcı (Korporativ Satış üzrə Mütəxəssis — Texniki Profil)

Konstruktor Satıcı (Korporativ Satış üzrə Mütəxəssis — Texniki Profil)

  • Deadline 14 September 2026

Vəzifənin təsviri:

  • Namizəd həm korporativ satış funksiyasını yerinə yetirəcək, həm də iş prosesində qəliblərin quraşdırılması, sökülməsi və texniki tətbiqi üzrə təlim alaraq məhsul üzrə dərin texniki bilik qazanacaq. Bu profil (satış + texniki tətbiq bilgisi) Azərbaycan bazarı üçün nisbətən yeni formatdır və namizədə uzunmüddətli perspektiv təqdim edir.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti və layihə sektorunda potensial korporativ müştərilərin axtarışı və əlaqələrin qurulması
  • Rəhbərliyin tapşırıqları əsasında müştəri görüşlərində iştirak və danışıqların aparılması
  • Əməkdaşlıq potensialı olan şəxs və şirkətlərin müəyyən edilməsi və cəlb edilməsi
  • Kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və izlənməsi (follow-up)
  • Müqavilə şərtlərinin razılaşdırılması və sənədləşmə prosesində iştirak
  • Qəliblərin (formwork) texniki xüsusiyyətlərinin, quraşdırılma və sökülmə qaydalarının öyrənilməsi — məhsul üzrə təlimlərdə iştirak
  • Müştərilərə məhsulun texniki tətbiqi barədə ilkin məsləhətin verilməsi
  • Bazar və rəqib fəaliyyəti barədə məlumatların toplanması və rəhbərliyə hesabat verilməsi

Namizədə tələblər:

  • Yüksək satış bacarığı və danışıqlar aparma qabiliyyəti
  • Tikinti/layihə sektorunda real müştəri bazasının olması mütləqdir
  • Rus dili mütləq
  • Texniki mövzuları öyrənməyə açıq olmaq, öyrənmə qabiliyyəti
  • Nəticəyönümlülük, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı

İş yeri: Bakı ofisi, (əlavə olaraq görüşlər və tikinti/layihə ərazilərinə ezamiyyət bakıda)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly574
  • Monthly1171