Namizədə tələblər:
- Ali təhsil (biznes idarəetmə, menecment və ya əlaqəli sahələr üstünlükdür)
- Dil bilikləri: Azərbaycan, rus və ingilis (əla)
- Minimum 3 müvafiq sahədə iş təcrübəsi (layihə idarəetməsi, əməliyyatlar və ya rəhbərliklə iş təcrübəsi üstünlükdür)
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı
- Güclü kommunikasiya və koordinasiya bacarıqları
- Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- Struktur bölmələrdən və əməkdaşlardan daxil olan müraciət, təklif və məsələlərin ilkin təhlilini aparmaq və prioritetləşdirmək
- Struktur bölmələri arasında informasiya mübadiləsini və iş proseslərinin uyğunlaşdırılmasını təmin etmək.
- Operativ səviyyədə həlli mümkün olan məsələlərin aidiyyəti üzrə koordinasiyasını təşkil etmək və icrasını təmin etmək
- Strateji və ya rəhbərlik səviyyəsində qərar tələb edən məsələləri sistemləşdirərək CEO-ya təqdim etmək
- CEO tərəfindən verilmiş tapşırıqların icra vəziyyətinə nəzarət etmək və icra prosesini koordinasiya etmək
- Zərurət yarandıqda iclasların təşkili, gündəliyin hazırlanması və qəbul edilmiş qərarların icrasının monitorinqini aparmaq
- Şirkət daxilində idarəetmə proseslərinin daha səmərəli təşkilinə yönəlmiş təkliflər hazırlamaq
Biz nə təklif edirik:
- Peşəkar inkişaf imkanları
- Dinamik və innovativ iş mühiti
- Rəhbərliklə birbaşa işləmək imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş rejimi: Full time
Maraqlanan şəxslər öz CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.