Sən də güclü analitik düşüncəyə malik, məsuliyyətli və dəqiq işləməyi sevən birisənsə – komandamıza qoşul!
İş şərtləri:
- İş rejimi: saat 15:00-00:00 (1 saat nahar vaxtı);
- 5 iş günü, 2 gün istirahət (şənbə və bazar);
- İş yeri: Nərimanov rayonu;
- Əmək haqqı: 700 azn (net)+ bonus;
- Gənc və dinamik komanda ilə işləmək imkanı;
- Rahat və müasir ofis mühiti;
- Peşəkar inkişaf və öyrənmə imkanları;
Vəzifə və öhdəliklər:
- Müştərinin kredit müraciətlərini təhlil edərək kredit risklərini qiymətləndirmək;
- Kredit müraciəti üçün tələb olunan maliyyə sənədlərinin düzgünlüyünü və uyğunluğunu yoxlamaq;
- Müştərilərə kredit prosesində dəstək göstərmək və onlara məsləhətlər vermək;
- Kredit komandasının digər üzvləri ilə əməkdaşlıq etmək, məlumatları mübadilə etmək və birlikdə qərar vermək.
Tələblər:
- Ali təhsil (arzuolunandır);
- Kredit təhlili sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan dili bilikləri (xarici dil bilikləri arzuolunandır);
- Kompüterdə sürətli işləmə bacarığı;
- Banklar, maliyyə qurumları, və ya korporativ maliyyə sahəsində təcrübə üstünlük təşkil edir;
- Komanda ilə işləmək bacarığı, həmçinin müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Bu vakansiya ilə bağlı müraciət etmək üçün mövzu yerində "Kredit təhlili 5" yazaraq CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərin CV-ləri nəzərə alınacaq.