C Company
  • 160

Layihə Meneceri (Mülki tikinti)

  • Deadline 29 August 2026

Mülki tikinti layihələrini başlanğıcdan tamamlanmasına qədər idarə etmək, layihələrin vaxtında, büdcə çərçivəsində, keyfiyyət, təhlükəsizlik və müqavilə tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Layihənin planlaşdırılması və icrası – Ətraflı layihə planları, qrafiklər və mərhələlər hazırlamaq, tikintinin bütün mərhələlərində effektiv icrasını təmin etmək;
  • Büdcə və xərclərin idarə edilməsi – Layihə büdcəsini hazırlamaq və idarə etmək, xərclərə nəzarət etmək və artıq xərclərin qarşısını almaq üçün tədbirlər görmək;
  • Müqavilələlər və müştərilərlə əlaqə – Müştərilər, məsləhətçilər və subpodratçılarla müqavilələri idarə etmək, bütün tərəflərlə güclü əlaqələr qurmaq;
  • Sahə nəzarəti və koordinasiya – Tikinti sahəsində işləri nəzarətdə saxlamaq, subpodratçılar, mühəndislər və təchizatçılar arasında koordinasiyanı təmin etmək;
  • Keyfiyyətə nəzarət və uyğunluq – Bütün işlərin texniki tələblərə, keyfiyyət standartlarına və normativ qaydalara uyğun olmasını təmin etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik – Sahədə sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) standartlarına ciddi riayət olunmasını təmin etmək;
  • Risklərin idarə edilməsi – Potensial riskləri müəyyən etmək və gecikmələrin və əlavə xərclərin qarşısını almaq üçün strategiyalar hazırlamaq;
  • Satınalma prosesinə nəzarət – Material və xidmətlərin vaxtında təmin edilməsi üçün satınalma komandası ilə koordinasiya aparmaq;
  • İrəliləyişin izlənməsi və hesabatlılıq – Layihənin gedişatını büdcə və qrafikə uyğun izləmək, rəhbərlik və müştərilər üçün mütəmadi hesabatlar hazırlamaq;
  • Problemlərin həlli və qərarvermə – Layihə zamanı yaranan çətinlikləri operativ şəkildə həll etmək və əsaslandırılmış qərarlar vermək.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, tikinti idarəçiliyi və ya əlaqəli sahə üzrə);
  • Tikinti layihələrinin idarə edilməsində sahəsində minimum 5 il təcrübə;
  • Tikinti prosesləri, müqavilələr və xərclərə nəzarət üzrə güclü bilik;
  • Yüksək liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqlar;
  • Layihə idarəetmə alətləri üzrə bilik (AutoCAD, MS Project, Primavera);
  • Güclü problem həll etmə və qərarvermə bacarıqları.

Əmək şəraiti:

  • İş rejimi: Bazar ertəsi – Cümə (5 gün)
  • İş saatları: 09:00–18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihə Meneceri (Mülki tikinti)” yazaraq Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərmələri xahiş olunur.

  • Daily71
  • Weekly502
  • Monthly2769