Layihə-Smeta Mühəndisi

  • Истекает 19 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti şirkətinə Layihə-Smeta Mühəndisi tələb olunur.

Əsas vəzifələr

  • Layihə, işçi çertyoj və texniki sənədlərin təhlili;
  • Layihə üzrə iş həcmlərinin (Quantity Take-Off) hesablanması və yoxlanılması;
  • BOQ və smetaların hazırlanması, yoxlanılması və düzəlişlərin edilməsi;
  • Material, işçilik və maşın-mexanizm xərclərinin hesablanması;
  • Layihə ilə smeta arasında uyğunsuzluqların müəyyən edilməsi;
  • Dəyişiklik və əlavə işlər üzrə həcm və smeta hesablamalarının hazırlanması;
  • Tender və kommersiya təklifləri üçün smeta məlumatlarının hazırlanması;
  • Layihə üzrə faktiki və nəzərdə tutulmuş iş həcmlərinin müqayisəsi.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil;
  • Layihə-smeta sahəsində minimum 3 il iş təcrübəsi;
  • Layihə və işçi çertyojları sərbəst oxuma bacarığı;
  • BOQ, Quantity Take-Off və smeta hesablamaları üzrə güclü bilik;
  • Tikinti materialları, işçilik və maşın-mexanizm normaları üzrə bilik;
  • AutoCAD və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək;
  • Smeta proqramları üzrə iş təcrübəsi üstünlükdür;
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily101
  • Weekly566
  • Monthly1743