Dövlət orqanın tabeliyində olan təşkilatda “Layihələndirmə üzrə böyük mütəxəssis” vakansiyası mövcuddur:
Əmək funksiyaları:
- Layihənin normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma və tikinti qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Vətəndaşların müraciətlərinə cavab hazırlanmasında iştirak.
Vəzifənin tutulması şərtləri:
- Təhsil: İnşaat mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, şəhərsalma, memarlıq; mühəndis kommunikasiya sistemləri.
- İş stajı: azı 3 il müvafiq sahədə iş təcrübəsi;
- Kompüter biliklərinə dair tələblər: Microsoft Office, Autocad;
- Xarici dil bilikləri: rus dili - yaxşı, ingilis dili – orta;
- Şəhərsalma və Tikinti məcəlləsi, Standartlaşdırma, Texniki tənzimləmə, Şəhərsalma və tikintiyə dair normativ sənədlər barədə biliklərin olması.
İş barədə məlumat:
- İş yeri: Bakı
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur