C Company
  • 659

Company

Other

Logistika Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Logistika Şöbə Müdiri

  • Deadline 28 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Məhsulların sifarişi, nəqliyyat vasitələri ilə daşınması, anbara qəbulu və ehtiyatların düzgün idarə olunması proseslərinə ümumi nəzarətin təşkili 
  • Təchizat zənciri üzrə bütün mərhələlərin (sifariş, daşınma, qəbul, paylama) koordinasiyası və fasiləsizliyinin təmin edilməsi 
  • Məhsullar üzrə gömrük əməliyyatlarının qanunvericiliyə uyğun və operativ şəkildə həyaata keçirilməsinə nəzarət 
  • Sifarişlərin vaxtında yerləşdirilməsi, izlənilməsi və gecikmələrin qarşısının alınması 
  • Mövcud logistik sistemlərin təhlili, təkmilləşdirilməsi və yeni effektiv sistemlərin tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi 
  • Logistik proseslərin optimallaşdırılması, xərclərin azaldılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması 
  • Logistika ilə bağlı xərclərin analiz edilməsi, büdcənin planlaşdırılması və nəzarətdə saxlanılması 
  • Anbar və nəqliyyat proseslərinin effektiv idarə olunması üçün performans göstəricilərinin (KPI) müəyyən edilməsi və izlənilməsi 
  • Şöbə əməkdaşlarının işinin təşkili, tapşırıqların bölüşdürülməsi və gündəlik fəaliyyətə nəzarət 
  • Komandanın inkişafı, motivasiyası və peşəkar bacarıqlarının artırılması istiqamətində tədbirlərin görülməsi 
  • Digər şöbələrlə (satınalma, satış, maliyyə və s.) sıx əməkdaşlıq edilməsi

Tələblər:

  • Logistika, təchizat zənciri və ya əlaqəli sahədə ali təhsil 
  • Müvafiq sahədə minimum 7 il iş təcrübəsi (rəhbər vəzifədə minimum 3 il) 
  • Analitik düşüncə və problem həll etmə bacarığı 
  • Liderlik və komanda idarəetmə qabiliyyəti 
  • MS Office və logistik proqramlarla işləmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili – ana dili, rus və ingilis dilləri – yüksək səviyyədə 

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərməyiniz xahiş olunur.

  • Daily3
  • Weekly351
  • Monthly2661