Vəzifə öhdəlikləri:
- Daxili və beynəlxalq daşımaların (idxal–ixrac) planlaşdırılması və idarə olunması
- Gömrük rəsmiləşdirilməsi proseslərinə nəzarət (YGB, invoys, CMR, BL və s.)
- Daşıyıcı şirkətlərlə danışıqların aparılması və müqavilələrin bağlanması
- Logistika xərclərinin optimallaşdırılması
- Anbar, yük yükləmə/boşaltma proseslərinin koordinasiyası
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət
- Logistika hesabatlarının hazırlanması
- Risklərin idarə edilməsi və gecikmələrin operativ həlli
Namizədə tələblər:
- Logistika, nəqliyyat, beynəlxalq ticarət və ya oxşar sahə üzrə ali təhsil
- Minimum 3 il logistika sahəsində iş təcrübəsi
- İdxal–ixrac və gömrük prosedurlarını bilmək
- Rus dili – əla, İngilis dili – orta/yaxşı səviyyədə
- MS Office, 1C və ya ERP sistemləri ilə işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və stressə davamlılıq
- Danışıqlar və problem həll etmə bacarıqları
- Agro və ya qida məhsulları logistikasında təcrübə
- Rusiya və MDB bazarları ilə işləmə təcrübəsi
- Beynəlxalq ekspedisiya şirkətləri ilə əməkdaşlıq təcrübəsi
Şirkət təklif edir:
- Stabil iş mühiti
- Karyera inkişafı imkanları
- Rəqabətqabiliyyətli əmək haqqı
- Nəticəyə əsaslanan bonus sistemi
Müraciət: CV-lərinizi mövzu hissəsində “Logistika üzrə Menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.