Mağaza administratoru

  • Истекает 26 сентябрь 2026

Hazırda biz brendin mağazasına tam məsuliyyət daşıyacaq Mağaza administratoru axtarırıq.

Vəzifə öhdəlikləri

  • Mağazanın gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
  • Satış prosesinə nəzarət etmək, satışların artırılması məqsədilə tədbirlər həyata keçirmək
  • KPI göstəricilərinə nəzarəti təmin etmək, KPI hədəflərinin icrasını izləmək və mağazanın müəyyən edilmiş satış hədəflərinə (targetlərə) nail olmasını təmin etmək
  • Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına və inventarizasiyasına nəzarət etmək; 
  • Mağaza və anbar sahələrinin təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək; 
  • Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin etmək; 
  • Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının, hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək; 
  • Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar hazırlamaq; 
  • Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyə məlumat vermək; 
  • Mağazalararası və mağaza-anbar transferlərinin düzgün icrasına nəzarət etmək; 
  • Kamera görüntülərinə nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək; 
  • Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin etmək; 
  • Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək; 
  • İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək; 
  • Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət etmək; 
  • Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün tətbiqinə nəzarət etmək; 
  • Mağazada yaranan texniki və təchizat problemlərinin həllini təşkil etmək; 
  • Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.

Namizəd üçün tələblər

  • Xanım namizədlər;
  • Mağaza administratoru və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə (retail sahəsində çalışması üstünlükdür);
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.

İş şəraiti

  • İş qrafiki: 6/1, Növbəli iş qrafiki 
  • Əmək haqqı: 800-900 Azn + KPİ

Maraqlanan namizədlərdən mövzu sətrində “Mağaza administratoru” qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri tələb olunur.

  • Daily98
  • Weekly381
  • Monthly2137