Maliyyə analitiki və hesabatlılıq üzrə mütəxəssis

Maliyyə analitiki və hesabatlılıq üzrə mütəxəssis

  • Deadline 23 October 2026

Vəzifə Qrupun maliyyə komandasının aylıq və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması, büdcələmə, proqnozlaşdırma, maliyyə təhlili və maliyyə göstəricilərinin monitorinqi istiqamətlərində dəstəklənməsini əhatə edir.

Vəzifə öhdəlikləri:

  • Qrup müəssisələri üzrə aylıq və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
  • Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi;
  • Mənfəət və zərər hesabatı, Balans Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti, CAPEX və dövriyyə kapitalı üzrə təhlillərin aparılması;
  • İllik büdcələmə prosesinin koordinasiyası və hazırlanmasına və o cümlədən gəlir, OPEX, CAPEX, pul vəsaitləri və dövriyyə kapitalı üzrə büdcələrin hazırlanması dəstək;
  • Faktiki nəticələrin büdcə, forecast və əvvəlki dövrlə müqayisəli təhlili, əsas kənarlaşmaların müəyyən edilməsi və izahı;
  • Maliyyə göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi;
  • Hesabat proseslərinin optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Rəhbərlik üçün ad-hoc maliyyə təhlillərinin, ssenari və həssaslıq analizlərinin hazırlanması.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklərə sahib olmaq;
  • Büdcə və forecastların hazırlanması və təhlili bacarığı;
  • Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, mürəkkəb formulalar və s.);
  • Böyük həcmli məlumatlarla işləmək və keyfiyyətli nəticə təqdim etmək bacarığı;
  • Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
  • Vaxtın effektiv idarə olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı;
  • Komanda ilə işləmə bacarığının olması;
  • ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür;
  • ACCA və digər oxşar sertifikatlara sahib olmaq üstünlükdür;
  • Big4 və oxşar şirkətlərdə müvafiq iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan və İngilis dilini bilməsi zəruridir. Rus dilini bilməsi arzuolunandır.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily118
  • Weekly388
  • Monthly2102