C Company
  • 863

Company

Digər

Maliyyə Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə Direktoru

  • Deadline 4 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi: 

  • Şirkətin maliyyə fəaliyyətini idarə etmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək, büdcə planlamasını həyata keçirmək və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək.

Əsas vəzifələr:

  • Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Qısa və uzunmüddətli maliyyə planlarının tərtib edilməsi;
  • İnvestisiya qərarlarında iştirak edərək risk və gəlir təhlillərini aparmaq;
  • Büdcənin hazırlanması və icrasına nəzarət etmək;
  • Gəlir və xərc proqnozlarını hazırlamaq;
  • Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq;
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi; 
  • Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək; 
  • Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itki və qeyri-istehsal xərclərinin qarşısının alınması məqsədilə digər bölmə və xidmətlərlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
  • Mühasibat sənədlərinin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verməsini təşkil etmək;
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul axını) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Maliyyə sistemini daim yeniləmək və yeniliklərə uyğunlaşdırmaq;
  • Maliyyə göstəricilərinin təhlili və nəticələrin şərhi;
  • Şirkətin maliyyə sağlamlığını qiymətləndirmək və rəhbərliyə tövsiyyələr vermək;
  • Qanunvericiliyə və mühasibat uçotu standartlarına uyğunluğu təmin etmək;
  • Daxili audit prosedurlarını hazırlamaq və həyata keçirmək;
  • Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək;
  • Peşakar formada aylıq və gündəlik daxili hesabatların hazırlanması;
  • Maliyyə risklərini müəyyənləşdirmək və minimallaşdırmaq;
  • Sığorta və digər riskə qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
  • Tabeçiliyində olan struktura ümumi rəhbərliyi həyata keçirmək, işləri əlaqələndirmək, işin səmərəli təşkil olunmasına görə məsulliyyət daşımaq;
  • Komanda üzvlərinin peşəkar inkişafına dəstək olmaq.

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil;
  • Tikinti sektorunda maliyyə idarəçiliyi sahəsində ən azı 5 illik iş təcrübəsi mütləqdir;
  • Xarici dil: Azərbaycan dili-səlis, İngilis, Rus dilləri yaxşı səviyyədə; 
  • Beynəlxalq sertifikatların olması (ACCA, Financial Reporting və ya DipIFR);
  • Analitik düşünmə qabiliyyəti və strateji yanaşma;
  • Rəhbərlik və komanda idarəetmə bacarığı;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə Excel proqramını peşakar səviyyədə bilmək və 1C proqramında sərbəst işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (həftə içi 5 gün);
  • Nahar fasiləsi: 13:00 - 14:00;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq (rəqabətə davamlı əmək haqqı)
  • İş yeri: Bakı şəhəri

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Tələblərə uyğun namizədlər “Maliyyə direktoru” başlığı ilə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.

  • Daily110
  • Weekly555
  • Monthly555