C Company
  • 830

Company

Прочее

Maliyyə hesabatlılığı və Büdcələmə üzrə Baş mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə hesabatlılığı və Büdcələmə üzrə Baş mütəxəssis

  • Истекает 17 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin heyvandarlıq, aqrar, istehsal fəaliyyətləri üzrə maliyyə və əməliyyat göstəricələrinin sistemli təhlili;
  • Şirkətin maliyyə hesabatlarının hazırlanması (P/L,Balans,Cash Flow);
  • İdarəetmə hesabatlarının və büdcənin hazırlanmasında iştirak etmək 
  • Məhsul əkini, becərilməsi, yığımı və emalı mərhələləri üzrə maya dəyərinin formalaşdırılması, optimallaşdırılması və monitorinqi;
  • Maliyyə modellərinin hazırlanması (forecasting, scenario analysis);
  • Maliyyə hesabatlırının analizi (trend,ratio,hesablar üzrə);  
  • Hesabların analizi;
  • Əməliyyatların yoxlanılması;
  • İstehsal edilən məhsulların maya dəyərinin analizi;
  • Faktiki istehsalat göstəricələri ilə plan/büdcə göstəricələrinin müqayisəli təhlili və kənarlaşmaların səbəblərinin izahı;
  • İstehsalat prosesləri ilə maliyyə nəticələri arasında birbaşa əlaqənin qurulması və ölçülə bilən KPI-ların formalaşdırılması;
  • ERP sistemində istehsalat əməliyyatlarının, material hərəkətinin, maya dəyəri elementlərinin düzgün əks olunmasına nəzarət;
  • Əsas vəsaitlərlə iş: avadanlıqların, texnikanın və istehsalat xətlərinin uçotu, amortizasiya hesablamalarının prosesə uyğun qurulması, əsas vəsaitlərin səmərəlilik analizinin aparılması;
  • Təsərrüfat və digər struktur rəhbərləri ilə birgə proseslərin maliyyə baxımından təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Rəhbərlik üçün mütəmadi analitik hesabatların (financial executive dashboard), maliyyə modellərinin, qərar dəstək materiallarının hazırlanması;
  • Rəhbərliyin maliyyə hesabatlılığı və büdcələmə ilə bağlı digər tapşırıqlarını həll etmək.

Tələblər:

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İstehsalat, aqrar, sənaye sahələrində təcrübə;
  • Analitik düşüncə və prosesləri anlama qabiliyyəti;
  • Rəqəmlərlə işləməklə yanaşı, əməliyyat proseslərinin analitikası;
  • Maliyyə və uçot proqramları ilə işləmək bacarığı;
  • Excel, Power BI və analitik alətlərlə işləmə bacarığı;
  • ACCA Financial Accounting FA/F3
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • İşin tələblərinə uyğun olaraq ölkədaxili ezamiyyətlərə açıq olmalı.

Namizəddən gözlənilir:

  • Yüksək analitik düşüncə və detal yönümlülük
  • Təqdimat bacarığı 

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: 1800 - 2500 Azn

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə hesabatlılığı və Büdcələmə üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily51
  • Weekly398
  • Monthly1694