C Company
  • 978

Company

Digər

Maliyyə meneceri

  • Deadline 23 Yanvar 2026

Maliyyə meneceri təşkilatın maliyyə fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. O, maliyyə strategiyasını və büdcəni hazırlayır, gəlir və xərcləri planlaşdırır, maliyyə hesabatlarının düzgün və vaxtında tərtib olunmasını təmin edir. Pul vəsaitlərinin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət və maliyyə risklərinin azaldılması da onun əsas vəzifələrinə daxildir. Eyni zamanda, rəhbərliyə qərarvermə prosesində maliyyə təhlilləri ilə dəstək göstərir və şirkətin maliyyə dayanıqlığını təmin edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə strategiyasının hazırlanması və icrasına nəzarət;
  • İllik və aylıq büdcələrin tərtib edilməsi, icrasının izlənilməsi və analizi;
  • Maliyyə hesabatlarının  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Gəlir və xərclərin təhlili, optimallaşdırma üzrə təkliflərin verilməsi;
  • Pul vəsaitlərinin hərəkətinin (cash flow) planlaşdırılması və idarə edilməsi;
  • Vergi öhdəliklərinə və maliyyə qanunvericiliyinə əməl olunmasına nəzarət;
  • Bank əməliyyatları, kreditlər və maliyyə tərəfdaşları ilə əlaqələrin idarə olunması;
  • Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin görülməsi;
  • Audit proseslərində iştirak və daxili maliyyə nəzarətinin təmin edilməsi;
  • Mühasibatlıq və digər aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili;
  • Maliyyə göstəricilərinin (KPI) izlənməsi və təhlili;
  • Rəhbərliyin maliyyə qərarlarının qəbulunda analitik dəstəyin göstərilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmalıdır;
  • Maliyyə idarəetməsi, korporativ maliyyə və ya audit üzrə əlavə sertifikatlarların (ACCA, CFA, CIMA və s.) olması üstünlük hesab olunur;
  • MS Word, MS Excel və 1C proqramlarını bilməlidir;
  • Müvafiq sahədə minimum 5 il, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə;
  • Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
  • Peşəkar mühasib sertifikatı olmalıdır;
  • Risklərin idarə edilməsi və maliyyə nəzarəti üzrə təcrübə;
  • Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
  • Komanda ilə işləmə bacarığının olması.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily7
  • Weekly356
  • Monthly2036