Vəzifə öhdəlikləri
Pul vəsaitlərinin idarə edilməsi
- Gündəlik və həftəlik cash-flow vəziyyətinə nəzarət etmək; ödəniş planını hazırlamaq; debitor və kreditor borclarının vəziyyətini izləmək; likvidlik risklərini CFO-ya təqdim etmək.
Xərclərə nəzarət
- Xərclərin təsdiq edilmiş büdcəyə uyğunluğunu yoxlamaq; büdcədənkənar xərcləri müəyyən etmək; qənaət və optimallaşdırma imkanlarını aşkar etmək.
Debitor/kreditor nəzarəti
- AR/AP aging hesabatlarına nəzarət etmək; gecikmiş debitor borclarının yığılması prosesini izləmək; kritik borcları rəhbərliyə eskalasiya etmək.
Mühasibatlıqla koordinasiya
- Aylıq və illik bağlanış prosesinin vaxtında tamamlanmasına nəzarət etmək; idarəetmə hesabatları ilə mühasibat məlumatlarının uyğunluğunu təmin etmək; zəruri düzəlişləri mühasibatlıqla koordinasiya etmək.
Daxili maliyyə nəzarəti
- Maliyyə prosedurlarının tətbiqinə nəzarət etmək; ödəniş, satınalma, xərc və digər maliyyə proseslərində nəzarət mexanizmlərini gücləndirmək; uyğunsuzluqları CFO-ya bildirmək.
Audit və vergi proseslərinə dəstək
- Xarici/daxili audit üçün maliyyə məlumatlarının hazırlanmasını koordinasiya etmək; auditorların sorğularının cavablandırılmasına dəstək vermək; vergi və digər maliyyə risklərini aidiyyəti şəxslərlə birlikdə izləmək.
Biznes qərarlarına maliyyə dəstəyi
- Yeni layihə və investisiyaların maliyyə modelini hazırlamaq; ROI, payback, NPV və ssenari analizləri aparmaq; kommersiya qərarlarının maliyyə təsirini hesablamaq.
Komandanın idarə edilməsi
- Tabeliyində olan maliyyə əməkdaşlarının işini bölüşdürmək; KPI-ları izləmək; iş keyfiyyətinə və deadline-lara nəzarət etmək; əməkdaşların inkişafını təmin etmək.
CFO-ya dəstək
- CFO-nun tələb etdiyi maliyyə analizlərini hazırlamaq; rəhbərlik görüşləri üçün materiallar təqdim etmək; maliyyə riskləri və imkanları barədə CFO-ya vaxtında məlumat vermək.
Tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).
- İş təcrübəsi: 5-10 il;
- Kompüter biliyi: MS Office proqramları, 1C 8.3;
- Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
- Təlim / sertfikatlar: PMS, DipİFR, ACCA, CFA
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
Şəxsi keyfiyyətlər
- Güclü liderlik və idarəetmə bacarığı.
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
- Strateji və analitik düşüncə tərzi.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlanan və uyğun namizədlər CV məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.