Tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Təcrübə: minimum 5 il (maliyyə təhlili sahəsində);
- Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
- Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Layihələrin iqtisadi hesablamalarının aparılması;
- Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət;
- Gömrük və idxal rüsumlarının işlənməsinin yoxlanılması;
- Nəqliyyat reyestrinin işlənməsinə və xərclərə nəzarət;
- Sistemdə təsdiqlənmiş düzəlişlərin aparılması;
- Müxabirləşmələrin düzgün gedişinin yoxlanması və düzəlişi;
- Təchizatlardan daxil olmaların və ödənişilərin yoxlanması;
- Hesab qalıqlarının yoxlanması;
- Mədaxil və silinən malların qarşılıqlı yoxlanması uyğun düzəlişlərin icrası;
- Təsdiqlənməmiş və silinmiş mədaxil qaimələrinin araşdırılması;
- Satışın mənfəətliliyinin araşdırılması və düzəlişi;
- Sifarişlərin maya dəyərinin hazırlanması və satış qiyməti təklifinin verilməsi;
- Xarici alışlarda əmtəə çeşidi üzrə müşahidə olunan qiymət dəyişikliyi hesabatını hazırlamaq və qiymət artımı səbəbini araşdırmaq;
- Analitik hesablamaların hazırlanması;
- Satış və satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
- İtkilərin və izafi xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası;
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV - nizi qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.