C Company
  • 381

Company

Other

Maliyyə və təminat şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə və təminat şöbəsinin müdiri

  • Deadline 3 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə və təminat şöbəsinin müdiri Direktora hesabat verir;
  • Şirkətin maliyyə strategiyasını formalaşdırmaq və icra etmək;
  • Büdcə planlaması, xərclərin optimallaşdırılması və maliyyə proqnozlaşdırılması proseslərinə rəhbərlik etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına və analizinə nəzarət etmək;
  • Vergi, audit və hüquqi məsələlərlə bağlı aidiyyəti orqanlarla əməkdaşlığı təmin etmək;
  • Banklar və digər maliyyə qurumları ilə münasibətləri idarə etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərini yerinə yetirir;
  • Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları əməliyyatlarının uçotunu təşkil edir; 
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Ştat, maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür;
  • Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin işçilərinə rəhbərlik edir;
  • Satınalma, təsərüfat və anbar üzrə məsul şəxslərin işlərini təşkil edir və rəhbərlik edir;
  • Satınalma fəaliyyətini dəyərləndirir  və aidiyyəti üzrə hesabat alır;
  • Təsərrüfat fəaliyyətini dəyərləndirir və aidiyyəti üzrə hesabat alır;
  • Mərkəzi anbar və təsərrüfat anbarlarının fəaliyyətini dəyərləndirir və aidiyyəti üzrə hesabat alır;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək və Maliyyə və təminat şöbəsinə aid cari və dövrü hesabatların verilməsini təmin edir;
  • Azərbaycan Respublikasının  qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və sərəncamları,
  • Təsdiq etdiyi daxili təlimatları, qanuni göstəriş və tapşırıqlarını rəhbər tutur
  • Maliyyə menecerin tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsuliyyət daşıyır
  • Maliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mühasibatlıq və idarəetmə hesabatları, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi fəaliyyət istiqamətlərinə nəzarət edir
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, MBA);
  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi;
  • Maliyyə menecmentinin bütün aspektlərini bilmək;
  • Liderlik və komanda idarəetmə bacarığı; 
  • Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
  • Problemləri həll etmək və qərar qəbul etmək bacarığı;  
  • Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.
  • CIMA / FCCA / CFA / CPA sertifikatları; (arzuolunandır)
  • Əkinçilik və heyvandarlıq üzrə təcrübə; (arzuolunandır)
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C 8.3 proqramında sərbəst işləmə bacarığı;
  • E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı: 2500-3500 Azn (namizədin bilik-bacarığına əsasən)

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə və təminat şöbəsinin müdiri” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily147
  • Weekly452
  • Monthly452