Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat və ya biznesin idarəolunması üzrə ali təhsil);
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini (mükəmməl səviyyə), İngilis dili (yüksək səviyyə);
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook);
- Dizayn proqramları (Adobe Photoshop, Adobe İllustrator, Canva) yüksək səviyyə;
- "1C” proqramı biliyi arzuolunandır.
Fərdi keyfiyyət göstəriciləri:
- Kreativlik;
- Məqsədyönlü, məsuliyyətli operativ və dəqiq;
- SMM, PR və reklam sahəsində geniş təcrübə;
- Komanda ilə işləmə bacarığı;
- Yenilikçi və proaktiv yanaşma;
- Planlaşdırma və problem həll etmə bacarığı.
İş barədə:
- Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasında iştirak etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
- Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabatlar təqdim etmək;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq;
- İstifadə olunan saytların effektivliyini təhlil etmək;
- Partyonlar ilə birlikdə aksiyaların hazırlanması.
İş vaxtı:
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək,şənbə günü ayda 2 dəfə 09:00-dan 14:00-dək;
- İstirahət günü: Bazar və iki şənbə qünləri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
Müraciət forması:
Uyğun namizədlərdən CV-ni mövzu yerinə “Marketinq üzrə mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.