İdman sahəsində fəaliyyət göstərən təşkilat marketinq və ictimaiyyətlə əlaqələr istiqamətlərinə rəhbərlik edəcək peşəkar axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır.
Vəzifə öhdəlikləri
- Marketinq və PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Brendin inkişafı, media və ictimaiyyətlə əlaqələrin, rəqəmsal marketinq fəaliyyətinin idarə olunması;
- Sponsorların və strateji tərəfdaşların cəlb edilməsi, yeni əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
- Marketinq kampaniyalarının, tədbirlərin və brend tanınırlığının artırılması üzrə layihələrinin planlaşdırılması və icrası;
- Press-relizlərin, çıxışların, təqdimatların və digər kommunikasiya materiallarının hazırlanması və keyfiyyətinə nəzarət;
- Rəhbərliklə birbaşa işləmək, strateji təşəbbüslərin həyata keçirilməsi və hesabatların hazırlanması.
Tələblər
- Marketinq, İctimaiyyətlə əlaqələr, Biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil;
- Marketinq və/və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər və ya aparıcı vəzifədə təcrübə;
- Sponsorluq, tərəfdaşlıqlar və biznes inkişafı sahəsində uğurlu təcrübə;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır;
- Çox güclü yazılı ünsiyyət bacarıqları, peşəkar mətnlərin hazırlanması və redaktəsi təcrübəsi;
- Yüksək səviyyədə kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Strateji düşüncə, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və peşəkar iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək və qərarların qəbulunda iştirak imkanı;
- Peşəkar inkişaf və uğurlu fəaliyyət göstərildiyi təqdirdə təşkilatın daimi heyətinə qoşulmaq imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.