Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Rəhbər (Head of Marketing and PR)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Rəhbər (Head of Marketing and PR)

  • Истекает 11 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş haqqında

  • İdman sahəsində fəaliyyət göstərən təşkilat 2 aylıq layihə əsaslı əməkdaşlıq çərçivəsində marketinq və ictimaiyyətlə əlaqələr istiqamətlərinə rəhbərlik edəcək peşəkar axtarır. 

Qeyd: Layihə müddəti ərzində yüksək nəticə göstərən namizəd üçün əməkdaşlığın daimi əsaslarla davam etdirilməsi imkanı mövcüddur.

Vəzifə öhdəlikləri

  • Marketinq və PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Brendin inkişafı, media və ictimaiyyətlə əlaqələrin, rəqəmsal marketinq fəaliyyətinin idarə olunması;
  • Sponsorların və strateji tərəfdaşların cəlb edilməsi, yeni əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
  • Marketinq kampaniyalarının, tədbirlərin və brend tanınırlığının artırılması üzrə layihələrinin planlaşdırılması və icrası;
  • Press-relizlərin, çıxışların, təqdimatların və digər kommunikasiya materiallarının hazırlanması və keyfiyyətinə nəzarət;
  • Rəhbərliklə birbaşa işləmək, strateji təşəbbüslərin həyata keçirilməsi və hesabatların hazırlanması.

Tələblər

  • Marketinq, İctimaiyyətlə əlaqələr, Biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil;
  • Marketinq və/və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər və ya aparıcı vəzifədə təcrübə;
  • Sponsorluq, tərəfdaşlıqlar və biznes inkişafı sahəsində uğurlu təcrübə;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı zəruridir, rus və ingilis dili bilikləri arzuolunandır;
  • Çox güclü yazılı ünsiyyət bacarıqları, peşəkar mətnlərin hazırlanması və redaktəsi təcrübəsi;
  • Yüksək səviyyədə kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Strateji düşüncə, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Dinamik və peşəkar iş mühiti;
  • Rəhbərliklə birbaşa işləmək və qərarların qəbulunda iştirak imkanı;
  • Peşəkar inkişaf və uğurlu fəaliyyət göstərildiyi təqdirdə təşkilatın daimi heyətinə qoşulmaq imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly144
  • Monthly625