C Company
  • 659

Company

Other

Marketinq və PR Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq və PR Meneceri

  • Deadline 6 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Marketinq, ictimaiyyətlə əlaqələr və media sahəsində ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (yaxşı);
  • Brend idarəçiliyi, PR kampaniyaları və rəqəmsal marketinq sahəsində dərin biliklər;
  • Sosial media analitikası və müxtəlif platformalarda idarəetmə təcrübəsi;
  • Strateji düşünmə, liderlik və layihə idarəetmə bacarıqları;
  • Kommunikasiya, danışıq aparmaq və komanda ilə işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Uzunmüddətli media və kommunikasiya planlarının hazırlanması və icrası;
  • Sosial media platformalarının idarə olunması, effektiv kontent strategiyasının inkişaf etdirilməsi və kampaniyaların optimallaşdırılması;
  • Tədbirlər üçün innovativ PR və reklam kampaniyalarının layihələndirilməsi və rəhbərliyi;
  • Sponsor və tərəfdaşlarla strateji marketinq əməkdaşlığının qurulması, yeni tərəfdaşlıq imkanlarının aktiv axtarışı və mövcud əlaqələrin gücləndirilməsi;
  • Media ilə münasibətlərin idarə olunması, press-relizlərin, xəbərlərin və yüksək keyfiyyətli vizual materialların hazırlanması, həmçinin ictimai imicinin qorunması;
  • Rəqəmsal və çap materiallarının yaradılması və yayım proseslərinin idarə olunması;
  • Brend mövqeyinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələrin idarə olunması;
  • Yerli və beynəlxalq media nümayəndələri ilə sıx əlaqələrin qurulması;
  • Marketinq fəaliyyətlərinin izlənməsi, nəticələrin ölçülməsi və hesabatların hazırlanması.

İş şərtləri:

  • İş vaxtı: 09:00 - 18:00
  • İş günü: 5/2
  • Əmək haqqı: 2500 AZN; namizədin bilik və təcrübəsindən asılı olaraq, dəyişdirilə bilər.

Maraqlanan şəxslər öz CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

  • Daily0
  • Weekly254
  • Monthly1041