Təhsil və konsaltinq sahəsində fəaliyyət göstərən şirkətlər qrupuna (iki təhsil mərkəzi və bir konsaltinq şirkəti üzrə) Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi tələb olunur.
Vəzifə öhdəlikləri:
- 3 şirkətin sosial media səhifələrinin reklam kampaniyalarını idarə etmək;
- Meta Ads (Facebook, Instagram) və TikTok Ads platformaları üzərindən ödənişli reklamları qurmaq, izləmək və optimallaşdırmaq;
- Hər bir şirkət və layihə üzrə düzgün marketinq strategiyasını müəyyənləşdirmək;
- Reklamlar üçün dəqiq hədəf kütləni (target audience) seçmək və seqmentləşdirmək;
- Reklam büdcəsini effektiv idarə etmək, kampaniyaların nəticələrini analiz etmək və performansı artırmaq.
Namizədə dair tələblər:
- Təcrübə: Rəqəmsal marketinq və reklam idarəetməsi (targeting) sahəsində ən azı 2 il iş təcrübəsi;
- Texniki biliklər: Meta Ads Manager və TikTok Ads kabinetlərində sərbəst işləmək bacarığı;
- Yaş həddi: 23 yaşdan yuxarı;
- Cins: Bəy namizədlər;
- Analitik düşünmə qabiliyyəti, nəticəyönümlülük və məsuliyyətlilik.
İş şəraiti:
- İş rejimi: Tam iş günü, həftədə 5 gün (ofisdaxili / əyani);
- İş saatları: 10:00 – 17:00;
- Əməkhaqqı: Müsahibə əsasında (namizədin təcrübə və bacarıqlarına uyğun) razılaşdırılır.
Maraqlanan namizədlər öz CV-lərini (varsa, əvvəlki reklam kampaniyalarının nəticələri / portfolionu) mövzu yerində "Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.