Ünvan: Nizami küçəsi
Əsas vəzifə öhdəlikləri:
- Namizəd baş planın hazırlanmasında bütün mərhələləri müstəqil şəkildə idarə edə və şəhərsalma qaydalarına uyğun işləməyi bacaran şəxs olmalıdır;
- Baş plan dəstinin konseptual və işçi mərhələlərinin tam şəkildə işlənməsi;
- Ərazi üzrə zonalaşdırma və funksional həllərin hazırlanması;
- Torpaq kütləsinin hesablanması;
- Müxtəlif funksiyalı layihələrin layihələndirməsi. Baş plan, iri miqyaslı yaşayış və ictimai təyinatlı bina kopleksləri üzrə tikinti layihələrində iştirak təcrübəsi
- Topoqrafik, demoqrafik və nəqliyyat analizlərini oxuma və layihəyə tətbiq etmə bacarığı
- Layihənin urbanistik yanaşma baxımından bütövlüyünü qorumaq məqsədilə digər bölmələr ilə effektiv koordinasiya
- Memarlıq, Konstruksiya, Nəqliyyat, landşaft və infrastruktur üzrə bölmələr ilə sıx əməkdaşlıq
- Tikinti Norma və Qaydaları (TNQ), Dövlət standartları (AZS) və Şəhərsalma-Tikinti Məcəlləsi üzrə məlumatlılıq və diqqətlilik
- Tikinti materiallara, texnologiya və quraşdırmalara dair bilik
- BOQ və Texniki Spesifikasiyaların tərtibi
- Çap və təqdimatdan öncə məlumatların uyğunluğunu yoxlamaq və təmin etmək
- Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
- Şəhərsalma norma və qaydalarına uyğun layihələndirmə;
Tələblər:
- Memarlıq və ya Şəhərsalma ixtisası üzrə ali təhsil;
- Rus və İngilis dillərini bilmək;
- Urbanistika və Şəhərsalma sahəsində ixtisasartırma və ya sertifikatlar üstünlüklü;
- Baş plan, şəhərsalma və ya irimiqyaslı kompleks layihələr üzrə iş təcrübəsi – minimum 5 il;
- Urban planlama konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi üzrə təcrübə;
- Layihələrin ilkin konsepsiyadan Layihə təqdimatlarının, Konsepsiya, İşçisinin və Tikinti cizgilərinin hazırlama bacarığı. Müəllif nəzarətində və layihənin icra mərhələsində aktiv iştirak təcrübəsi;
- Revit, AutoCAD, Sketchup proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək;
- Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı;
- Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi;
- Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki danışıqlıqlar əsasında;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
To be considered for this position, please email your resume to the e-mail address in the Apply for job button with reference “Memar” in the email subject line. Only successful candidates (CV corresponding to all requirements) will be contacted.