C Company
  • 277

Company

Digər

Memarlıq şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memarlıq şöbə müdiri

  • Deadline 19 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat,    texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə rəhbərlik edir.
  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin və dizayn memarlıq hissəsinin bölməsinin işlənib hazırlanmasına texniki rəhbərliyini həyata keçirir.
  • Tikililərin, komplekslərin, bina və obyektlərin və s. layihə təkliflərinin  və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə təmin edir.
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materillara uyğunluğunu təmin edir.
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir.
  • Tikilinin interyer və eksteryer görünüşünü, landşaft və konstruksiya və komunikasiya sistemlərini normativ sənədlər əsasında  müvafiq  kompüter proqramlarında işlənməsini təmin edir.
  • Layihə  planına uyğun işlərin görülməsi üçün işlərə nəzarət edir.
  • Layihənin hazırlanması zamanı müvafiq Dövlət qurumları ilə işgüzar münasibətlər qurur və tələblərə uyğun planlamanı təmin edir.
  • Şirkətin bütün memarlıq və interyer layihələrinin planlaşdırılması, dizaynı və təsdiq proseslərinə rəhbərlik etmək.
  • İşçi qrup tərəfindən hazırlanan eskiz, konsept və işçi layihələri nəzərdən keçirmək və təsdiq etmək.
  • Layihələrin texniki tələblərə, tikinti normalarına, kodlara və müştəri istəklərinə    uyğunluğunu təmin etmək.
  • Tikinti sahələrinə mütəmadi səfərlər edərək layihə-sahə uyğunluğuna nəzarət etmək.
  • Podratçıların, subpodratçıların və texniki işçilərin fəaliyyətinə rəhbərlik etmək və texniki məsələlərdə onlara məsləhətlər vermək.
  • İşin müddət, keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu qiymətləndirmək.
  • İşçi rəsmlərin, shop drawing-lərin və as-built sənədlərinin yoxlanılması və təsdiqi.
  • Material seçimi, konstruktiv və texniki həllərin müəyyən edilməsi və təsdiqlənməsi.
  • Layihə dəyərləndirmə, smeta və texniki spesifikasiyaların hazırlanması və təsdiqi.

Tələblər:

  • Cins: kişi;
  • Yaş həddi: 25 – 55;
  • Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Memarlıq şöbə müdiri kimi ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarını əla səviyyədə bilməli, AutoCAD, Revit, 3ds Max proqramlarını əla səviyyədə bilməli, digər memar və dizayn proqramları biliyi arzuolunandır;
  • Memarlıq şöbəsinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü həyata keçirmək və komandaya nəzarət etmək;
  • Layihə memarları, dizaynerlər və çertyojçular arasında iş axınını təşkil etmək;
  • İş həcmlərinin hesablanmasını bilmək;
  • İşçilərin peşəkar inkişafına dəstək olmaq və onların performansını qiymətləndirmək.
  • Podratçıların fəaliyyətini idarə edə bilmək;
  • Ofisdəki texniki heyətlə sahənin mühəndis heyəti arasında koordinasiyanı təşkil etmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 6 günlük, şənbə günü qısa iş günü;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Nahar ilə təmin olunma;
  • Əmək haqqı: Razılaşma əsasında.

Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin
Müraciət Et düyməsində göstərilən elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily3
  • Weekly501
  • Monthly1680