Mexanizasiya üzrə Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanizasiya üzrə Baş mütəxəssis

  • Deadline 12 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Cəmiyyətin balansında olan kənd təsərrüfatı texnikası, aqreqat, nəqliyyat vasitələri və avadanlıqlarının texniki istismarının, sazlığının və səmərəli istifadəsinin təmin edilməsi;
  • Texnikaların dövri texniki xidmət, profilaktik baxış və təmir qrafiklərinin hazırlanması və icrasına nəzarət olunması;
  • Aqrotexniki tədbirlərin (şum, səpin, dərmanlama, məhsul yığımı və s.) vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün texnika parkının operativ planlaşdırılması və bölüşdürülməsi;
  • Ehtiyat hissələri, sürtkü yağları və yanacaq-sürtkü materiallarına (YSM) olan tələbatın müəyyənləşdirilməsi, sifarişlərin formalaşdırılması və normativlərə uyğun xərcinə nəzarət edilməsi;
  • Texnikaların GPS monitorinq sistemləri vasitəsilə hərəkətinə, yanacaq sərfiyyatına və iş saatlarına operativ nəzarətin həyata keçirilməsi;
  • İşçi heyətinin (mexaniklər, sürücülər, texniki heyət) əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət olunması;
  • Texniki nasazlıqların, qəza və boşdayanmaların səbəblərinin təhlil edilməsi və qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
  • Regionlarda yerləşən təsərrüfat sahələrindəki texnika parkının vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi;
  • Xidməti zərurətlə əlaqədar ehtiyac yarandıqda regionlara ezamiyyələrdə iştirak edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası

Tələblər:

  • Ali təhsil: (Nəqliyyat, mexanika və ya logistika);
  • İş təcrübəsi: Texnikalarının idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində baş mütəxəssis və ya Dispetçer kimi ən azı 2 il iş təcrübəsi (aqrar sektorda təcrübə üstünlükdür);
  • Sertifikatlar: Sahə üzrə müvafiq sertifikatlara malik namizədlərə üstünlük verilir;

Texniki və Peşəkar bacarıqlar:

  • Kənd təsərrüfatı texnikaları, GPS sisteminə nəzarət, aqreqatların quruluşu və iş prinsipi haqqında dərin biliklər;
  • Yanacaq sərfiyyatının hesablanması və ehtiyyat hissələrinin sərfiyyatı norma və normativlərini bilməsi;
  • MS Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında biliklər.

Yumşaq bacarıqlar:

  • Analitik düşünmə, operativ qərarverim və problemləri həlletmə bacarığı;
  • Planlaşdırma və resursları səmərəli idarəetmə qabiliyyəti;
  • Liderlik, komanda ilə işləmə və güclü kommunikasiya bacarıqları;
  • Dəqiqlik və detallara diqqət qabiliyyəti.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00 -18:00
  • Əmək haqqı: 1200 manat (gross)

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mexanizasiya üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily127
  • Weekly215
  • Monthly1073