“Meyvə-Tərəvəz tədarükü şöbəsinin müdiri” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Vəzifə öhdəlikləri:
- Meyvə-tərəvəz məhsulları üzrə tədarük fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək;
- Fermerlər, istehsalçılar və digər təchizatçılarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişafını təmin etmək;
- Mövsümi məhsullar üzrə tədarük planlarının hazırlanması və icrasına nəzarət etmək;
- Məhsul həcmləri, bazar qiymətləri və tələbat göstəriciləri üzrə mütəmadi analizlər aparmaq;
- Data əsaslı proqnozlaşdırma və planlama proseslərini təşkil etmək;
- Tədarük olunan məhsulların keyfiyyət göstəricilərinə və standartlara uyğunluğunu təmin etmək;
- Tədarük proseslərində yaranan risklərin qiymətləndirilməsi və idarə olunması üzrə tədbirlər həyata keçirmək.
- Fəaliyyət nəticələri üzrə rəhbərliyə analitik hesabatlar təqdim etmək.
Tələblər:
- Aqronomluq, kənd təsərrüfatı, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Meyvə-tərəvəz tədarükü və ya aqrar sahədə minimum 3 il iş təcrübəsi;
- Fermer təsərrüfatları və kənd təsərrüfatı istehsalı üzrə biliklər;
- Data analitikası və planlama bacarıqları;
- Satınalma və tədarük prosesləri üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşünmə, təşkilatçılıq və ünsiyyət bacarıqları;
- Azərbaycan dilində sərbəst bilik.
İş rejimi:
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00.
CV-lərinizi mövzu hissəsində “Meyvə-Tərəvəz tədarükü şöbəsinin müdiri” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!