Mühafizəçi

  • Deadline 13 Dekabr 2026

Yeni tikinti layihəsi üzrə Mühafizəçi vəzifəsinə işə qəbul elan edilir.

Vəzifə öhdəlikləri

  • Tikinti sahəsinin və ərazidə yerləşən avadanlıq və əmlakın mühafizəsini təmin etmək;
  • Tikinti sahəsinə daxil olan və ərazidən çıxan işçilərin, ziyarətçilərin və nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək;
  • Tikinti materiallarının və avadanlıqların əraziyə gətirilməsi və ərazidən çıxarılmasının qeydiyyatını aparmaq;
  • Əraziyə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq;
  • Növbə ərzində mühafizə olunan əraziyə mütəmadi baxış keçirmək;
  • Təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Aşkar edilmiş qayda pozuntuları, şübhəli hallar və fövqəladə vəziyyətlər barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Növbənin təhvil-təslim qaydalarına riayət etmək və müvafiq qeydiyyat jurnallarını aparmaq.

Namizədə tələblər

  • Minimum orta təhsil;
  • Mühafizə sahəsində iş təcrübəsi;
  • Tikinti obyektlərində mühafizəçi kimi iş təcrübəsi üstünlükdür;
  • Məsuliyyətli, diqqətli, intizamlı və operativ olmaq;
  • Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Növbəli iş qrafiki;
  • İş yeri: Bakı şəhəri, Ağ şəhər, tikinti sahəsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily77
  • Weekly338
  • Monthly917