İş barədə məlumat:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
- Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
Namizədə tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 2 il iş təcrübəsi
- MS Office və 1C 8.3 (K2) mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir
- Mühasibatlığla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
- Ünsiyyət qura bilmə bacarığı
İş qrafiki:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Ünvan: Bakı şəhəri, Gənclik metrosunun yaxınlığı
Əmək haqqı: 700-1000 manat (Müsahibə əsasında təyin olunacaq)
Tələblərə uyğun şəxslər şəkilli CV formalarını Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.