Ofisdaxili mühasibatlıq proseslərini idarə edəcək və baş ofis ilə konsaltinq şirkəti arasında koordinasiyanı təmin edəcək Mühasib axtarılır.
Əsas vəzifələr:
- Baş ofis və xarici buxalteriya xidməti ilə əlaqələrin qurulması və davamlı koordinasiya
- Müqavilələrin hazırlanması, sənədlərin düzgün tərtib olunmasına nəzarət
- İlkin maliyyə məlumatlarının toplanması və sistemə işlənməsi
- Gündəlik əməliyyatların uçotu və daxili sənədləşmə proseslərinin aparılması
Tələblər:
- Buxalteriya və maliyyə sahəsində minimum 3 il iş təcrübəsi
- Vergi Məcəlləsi və müvafiq qanunvericilik barədə əsas biliklər
- Müqavilə və sənədləşmə üzrə təcrübə
- Diqqətli, məsuliyyətli və operativ çalışma bacarığı
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
İş şəraiti:
- İş yeri: Alliance Business Center
- İş qrafiki: 6 günlük iş həftəsi
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək
Müraciət üçün:
CV-lərin “Mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt vasitəsilə göndərilməsi xahiş olunur.