C Company
  • 1.1K

Company

Digər

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 28 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • İdxal olunan malların maya dəyərinin təhlili, plan-fakt müqayisəsi və rentabellik üzrə hesabatlar hazırlamaq; 
  • İdxal olunan malların gömrük proseslərində fiziki olaraq iştirak etmək;
  • Satışların uçotunu aparmaq, müştəri üzrə debitor borcları izləmək və vaxtında bağlanmasını təmin etmək;  
  • Şirkətin bütün vergi əməliyyatlarının (ƏDV, mənfəət vergisi, gəlir vergisi, sosial sığorta, işsizlik sığortası və s.) düzgün uçotunu aparmaq
  • Mal alışı, nəqliyyat və xidmət xərclərini faktiki maya dəyərinə uyğun hesablamaq və uçotda əks etdirmək;   
  • İşçilərin aylıq əməkhaqqısının hesablamaq; 

Məzuniyyət, xəstəlik vərəqi, ezamiyyə, bonus və kompensasiya ödənişlərini hesablamaq;

  • Satış əməliyyatları üzrə qaimə-faktura, müqavilə və digər sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında düzgün əks etdirmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun aparılması; 
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır. 
  • Rəhbərliyə hesabatların hazırlanıb, təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə).
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi.
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 
  • MS Office və ERP proqramlarından (1C)istifadə etmək bacarığı.
  • Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı.
  • Vergi və əmək qanunvericiliyini uçotunun yüksək səviyyədə bilməli. 
  • PMS sertifikatının olması üstünlükdür.

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
  • İş saatları: 09:00-18:00
  • İş yeri - Bakı şəhəri
  • Əmək haqqı 1500-2000 AZN (net)

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasibyazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily90
  • Weekly490
  • Monthly1669