C Company
  • 427

Company

Digər

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 13 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi Baxış:

  • Şirkət restoran, kafe, otel və digər iaşə obyektləri üçün birdəfəlik istifadə olunan məhsulların pərakəndə və topdan satışı sahəsində fəaliyyət göstərir. Şirkət fəaliyyətində keyfiyyət, operativ xidmət və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən etmişdir. 

Əsas vəzifələr:

  • Mühasibat uçotunun aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarının işlənməsi və nəzarətdə saxlanılması;
  • Vergi, DSMF və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Elektron qaimələrin və hesab-fakturaların işlənməsi;
  • Xarici və daxili bank əməliyyatlarının həyata keçirilməsi;
  • Gömrük idxal əməliyyatları;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Aylıq hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri:

  • İş rejimi: 5 günlük (I-V günlər saat 09:00–18:00);
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
  • Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
  • Peşəkar inkişaf imkanı və stabil iş mühiti. 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Mühasib vəzifəsində 5 il iş təcrübəsi;
  • 1C, Excel və digər ofis proqramlarını yaxşı səviyyədə bilmək;
  • Vergi qanunvericiliyi üzrə biliklər;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily114
  • Weekly296
  • Monthly1102