Əsas vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının (kassa, bank, hesab-fakturalar, elektron qaimələr) aparılması
- Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi
- Vergi, DSMF və digər icbari ödənişlərin hesablanması və müvafiq portallar (e-taxes.gov.az, e-gov.az və s.) vasitəsilə vaxtında təqdim edilməsi
- Əmək haqqının, ezamiyyət və sosial məzuniyyət ödənişlərinin hesablanması
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Alış-satış üzrə sənədləşmənin (müqavilə, qaimə, akt) izlənməsi və uçotu
- Bank köçürmələrinin həyata keçirilməsi və pul vəsaitlərinin hərəkətinə nəzarət
- Rəhbərliyin tələbi ilə əlavə maliyyə hesabatlarının hazırlanması
Namizədə tələblər:
- Mühasibatlıq/maliyyə sahəsində minimum 2 illik təcrübə
- 1C və ya oxşar mühasibatlıq proqramında iş təcrübəsi
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələri üzrə orta səviyyəli bilik
- MS Office (əsasən Excel) yaxşı səviyyədə
- Rus dili mütləq, əlavə üstünlük — ingilis dili
İş yeri: Bakı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.