Vəzifə öhdəlikləri:
- Maliyyə və mühasibat uçotunun aparılması və müvafiq sənədlərin sistemləşdirilməsi;
- Vergi hesabatlarının hazırlanması və müəyyən edilmiş qaydada təqdim edilməsi;
- Mühasibatlıq və vergi uçotu ilə bağlı proseslərin icrası və nəzarətdə saxlanılması;
- Dövlət orqanları ilə yazışmaların və sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
- Mühasibatlıq sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi.
Namizədə tələblər:
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Dövlət orqanları ilə işləmə və sənədləşmə sahəsində təcrübə;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki bilik;
- Maliyyə və mühasibat uçotu üzrə biliklər;
- Hesabatlıq, vergi və mühasibatlıq prosesləri üzrə anlayış və praktiki bacarıqlar;
- 1C proqramında işləmə bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Detallara diqqətli, məsuliyyətli və sistemli iş prinsipi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.