Vəzifə öhdəlikləri:
- Təhvil-təslim aktlarının tərtib edilməsi;
- Daxili sistemə ödənişlərin daxil edilməsi və düzgünlüyünün yoxlanılması;
- Borcu olan müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması və məlumatların təqdim edilməsi;
- Mühasibatlıq və ofis daxili sənədləşmədə dəstək göstərilməsi.
Vəzifə üzrə tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Diqqətli, məsuliyyətli və güclü ünsiyyət bacarıqlarına malik olmaq;
- Azərbaycan dilini səlis bilməli (rus və ya ingilis dili biliklərinin olması üstünlükdür);
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- İstirahət günləri: Şənbə və bazar
- Əmək haqqı: 500 AZN (gross)
- İş yeri: Nəsimi rayonu, S.Vurğun küçəsi, 941
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.