Nəqliyyat üzrə koordinator

  • Истекает 19 март 2026

Şirkətin nəqliyyat fəaliyyətini planlaşdırır və gündəlik əməliyyatlara nəzarət edir. O, nəqliyyat vasitələrinin və sürücülərin iş qrafikini tərtib edir və daşınmaların vaxtında icrasını təmin edir. Avtomobillərin texniki vəziyyətinə, yanacaq sərfiyyatına və sənədləşmə işlərinə nəzarət edir. Eyni zamanda, yaranan problemləri operativ həll edir və rəhbərliyə müvafiq hesabatlar təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin nəqliyyat xidmətinin təşkili və nəqliyyat vasitələrinin idarə olunmasına ümumi nəzarətin həyata keçirilməsi;
  • Şirkətə məxsus avtomobillərin icbari və kasko sığortalarının vaxtında rəsmiləşdirilməsi və yenilənməsinin təmin edilməsi;
  • Avtomobillərin planlı servis baxışlarının, texniki baxışlarının və dövlət qeydiyyatı ilə bağlı işlərin təşkili və icrasına nəzarət;
  • Avadanlıq və texnikanın fasiləsiz, təhlükəsiz və düzgün istismarının təmin edilməsi;
  • Texniki nasazlıqların və yol-nəqliyyat hadisələrinin səbəblərinin araşdırılması, müvafiq akt və hesabatların hazırlanması;
  • Köhnəlmiş və ya yararsız hala düşmüş nəqliyyat və texniki vasitələrin qiymətləndirilməsi və satış prosesinin təşkili;
  • İcarədə olan texnikanın saz və tam yararlı vəziyyətdə olmasını yoxlamaq;
  • Nəqliyyat vasitələrinin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılması;
  • Yanacaq sifarişlərinin təşkili, sərfiyyata nəzarət və hesabatlılığın təmin edilməsi;
  • Ölkədaxili ezamiyyətlər zamanı nəqliyyatın koordinasiyasının təşkil edilməsi.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (logistika, nəqliyyatın təşkili və ya müvafiq sahə üzrə üstünlükdür);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsinin olması;
  • MS Office (Word, Excel) proqramlarını yaxşı bilməli; 
  • Nəqliyyat qanunvericiliyi və yol hərəkəti qaydaları üzrə bilik;
  • Nəqliyyat vasitələrinin sənədləşdirilməsi, sığorta və texniki baxış prosedurları barədə bilik;
  • Planlaşdırma, koordinasiya və analitik düşünmə bacarığı;
  • Məsuliyyətlilik, operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • 3 ay sınaq müddətindən sonra könüllü tibbi sığorta ilə təminat
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Nəqliyyat üzrə koordinator” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly577
  • Monthly1873