İş barədə:
- Şirkətin struktur bölmələrində və tabeliyində olan bölmələrdə vahid kargüzarlıq sistemini təşkil etmək;
- Şirkətin daxili və xarici korrespondensiyasının aparılmasını həyata keçirmək, fiziki və hüquqi şəxslərdən daxil olan müraciətləri qəbul etmək, qeydiyyata almaq və lazım olduğu təqdirdə aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
- Şirkətin sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, icra müddəti başa çatmış sənədləri struktur bölmələrdən və şirkətin tabeliyində olan şöbələrdən tələb etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- İmzalanmış əmrləri, sərəncamları və digər sənədləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək;
- Sənəd qovluqlarının tərtibatı və uçotu, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə daxili və xarici korrespondensiya üçün ümumi nomenklatur-siyahısını tərtib etmək;
- Etibarnamələri hazırlamaq və onların qeydiyyatını aparmaq;
- Ofis işçilərinin dress code qaydalarına riayət etməsinə nəzarət etmək;
- Korporativ nömrələrin sifariş edilməsi, system üzərindən tariflərin yenilənməsi və limitlərinin təyin edilməsi əməliyyatlarını icra etmək;
- Ofisdaxili təsərrüfatın lazımi səviyyədə saxlanılması üçün əməli tədbirlər görmək;
- Şirkətin əməkdaşlarının ofis ləvazimatları, avadanlıq və digər zəruri ehtiyaclarla (korporativ nömrə, nahar talonu, uniforma və s.) təminatını həyata keçirmək.
Tələblər:
- Yalnız xanım namizədlər;
- Ali təhsilli olmalı;
- Xoş görünüşlü və pozitiv olmalı;
- Müvafiq vəzifə üzrə azı 1 il iş təcrübəsi;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Təşkilatçılıq bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı.
- Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-mütləqdir.
İş şəraiti :
- Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
- Nahar və korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük (şənbə günü qısa iş günü);
- İş yeri: Bakı şəhəri
Xüsusi tələblər:
- Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.