Ofis Meneceri

  • Истекает 31 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün 2 aylıq müddətinə Ofis menecer axtarılır. Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə elan olunur.

Vəzifə öhdəlikləri:

  • Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
  • Rəsmi məktub və e-mail yazışmalarının aparılması;
  • Sənədlərin hazırlanması, arxivləşdirilməsi və sistemləşdirilməsi;
  • Məlumat axınının izlənməsi və müxtəlif şöbələrlə koordinasiyanın təmin edilməsi;
  • Tərcümə işlərinin həyata keçirilməsi;
  • Görüş və tədbirlərin təşkili, inzibati dəstəyin göstərilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və İngilis dili biliyi (minimum intermediate səviyyəsində) üstünlükdür;
  • MS Office proqramları (Word, Excel) ilə işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq;
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı.

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Dinamik və sürətli iş mühiti;
  • Müxtəlif inzibati proseslərdə iştirak və praktiki təcrübə qazanmaq  imkanı.

İş şərtləri:

  • Müqavilənin müddəti: 2 ay ( analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi);
  • İş vaxtı: 09:00 – 18:00
  • İş günləri: 5/2
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly355
  • Monthly2327