Təsvir
- Layihələr üzrə iş qrafiklərinin (schedule) hazırlanması, monitorinqi və mütəmadi yenilənməsi;
- Resursların (işçi qüvvəsi, avadanlıq, material) planlaşdırılması və işlərin vaxtında icrasına nəzarət;
- Layihə mərhələlərinin gedişatının izlənilməsi, mərhələlər üzrə planlaşdırılması və koordinasiyası;
- Texniki xidmət, tikinti və montaj işlərinin layihə sənədləri və texniki tələblərə uyğun icrasının təmin olunması;
- Faktiki icra ilə planlaşdırılmış qrafiklərin müqayisəsinin aparılması və fərqlərin təhlili;
- Gecikmə və risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması üzrə qabaqlayıcı tədbirlərin planlaşdırılması;
- Layihə komandası, podratçılar və təchizatçılarla effektiv əməkdaşlıq və məlumat mübadiləsinin təmin olunması;
- Rəhbərliyə işlərin icrası, resurs istifadəsi və vaxt planına uyğunluq barədə dövri hesabatların hazırlanması və təqdim edilməsi
Tələblər
- Ali təhsil (mühəndislik, layihə idarəetməsi və ya əlaqəli sahələr üzrə);
- MS Project, Primavera P6 və ya oxşar planlaşdırma proqramlarında iş bacarığı;
- Tikinti və ya layihə idarəetməsi sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Güclü analitik və təşkilatçılıq bacarığı, məsuliyyət və dəqiqlik;
- Komanda ilə işləmə və kommunikasiya bacarığı.
- İngilis dili biliyi arzuolunandır
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroport
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.