C Company
  • 732

Company

Other

Protokol şöbəsinin müdiri

  • Deadline 3 April 2026

Dövlət qurumuna Protokol şöbəsinin müdiri vəzifəsinə namizəd axtarılır.

Vəzifə öhdəlikləri:

  • Təşkilat rəhbərliyinin yerli və beynəlxalq qurumların yüksək səviyyəli nümayəndələri ilə görüşlərini təşkil etmək, görüşlərdən irəli gələn məsələlərin icrasını təmin etmək və protokol xidmətini həyata keçirmək
  • Rəhbərliyin xarici səfərləri, rəsmi görüşlərə dəvətlər və daxil olmuş məktublara cavabların hazırlanması və icrasına nəzarət etmək
  • Xarici tərəfdaşların və dəvət olunmuş qonaqların qarşılanması, müşayiəti və ölkədə qalması ilə bağlı məsələlərin protokol qaydalarına uyğun təşkilini təmin etmək
  • Rəhbərliyin xarici səfərləri ilə bağlı təşkilati və sənədləşmə işlərinə rəhbərlik etmək
  • Rəsmi və işgüzar yazışmaların və danışıqların aparılmasında iştirak etmək, onların protokol qaydalarına uyğunluğunu təmin etmək
  • Rəhbərliyin iştirakı ilə keçirilən yerli və beynəlxalq səviyyəli tədbirlərin (konfrans, sərgi, seminar, dəyirmi masa və s.) təşkilində iştirak etmək
  • Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək, yeniliklərin tətbiqi və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
  • Rəhbərlik etdiyi struktur əməkdaşları arasında vəzifə və iş bölgüsünü aparmaq, fəaliyyətlərini əlaqələndirmək, əmək və icra intizamına nəzarət etmək

Tələblər:

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il
  • İngilis və rus dilləri üzrə yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarığı
  • Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.) üzrə biliklər
  • Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər
  • Dövlət protokolu qaydaları üzrə biliklər
  • Elektron sənəd dövriyyə sistemindən istifadə bacarığı
  • Qərar vermə
  • İşin idarə edilməsi və ölçülməsi
  • Yüksək təşkilatçılıq bacarığı
  • Şifahi və yazılı ünsiyyət
  • Məlumatların idarə edilməsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily39
  • Weekly416
  • Monthly419