Öhdəliklər:
- Media plana uyğun olaraq gündəlik sosial media postlarının (Instagram, Facebook, LinkedIn və s.) dizayn edilməsi;
- Müəssisənin rəsmi saytının və elektron portallarının interfeys dizaynının təkmilləşdirilməsi, yeni modul və səhifələr üçün UI/UX dizaynların hazırlanması;
- Mövcud dizaynların istifadəçi təcrübəsi (UX) baxımından optimallaşdırılması;
- Rəqəmsal və çap məhsulları üçün brendə uyğun vizual materialların hazırlanması;
- Zərurət olduqda qısa animasiyalar, infoqrafikalar və təqdimatlar üzərində işləmək;
- İctimaiyyətlə əlaqələr və marketinq komandası ilə sıx əməkdaşlıq etmək.
Tələblər:
- Əlaqəli sahədə ali təhsil;
- Adobe Creative Suite proqramlarında (Photoshop, Illustrator, InDesign) yüksək səviyyədə bilik;
- Figma, Adobe XD, Sketch kimi UI/UX dizayn alətlərində işləmək bacarığı;
- Responsive veb dizayn və komponent əsaslı dizayn prinsipləri ilə tanışlıq;
- Yaradıcı düşüncə, detallara diqqət və fondun məqsəd və hədəflərinə uyğun vizual üslub yaratmaq bacarığı;
- Komandada işləmə bacarığı və nəticəyönümlülük;
- Portfolionun təqdim edilməsi mütləqdir.
Üstünlüyümüz:
- Nazirliyin tabeliyində fəaliyyət göstərən dövlət qurumunda iş imkanı;
- Yaradıcı və dinamik komandada işləmək imkanı;
- Peşəkar inkişaf və özünü təkmilləşdirmək üçün təlimlər;
- Əmək bazarına uyğun əməkhaqqı və bonus sistemi;
- Yaradıcı ideyaların dəyərləndirildiyi açıq və müasir iş mühiti.
Müraciət etmək istəyən namizədlər CV və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.