İşiniz nədən ibarətdir?
- Müştəri şirkətlərin tələblərinə uyğun olaraq vakansiyaların təhlili və düzgün namizəd profillərinin hazırlanması;
- Müxtəlif platformalarda (LinkedIn, iş elan saytları, sosial şəbəkələr və s.) iş elanlarının yerləşdirilməsi;
- CV-lərin ilkin seçiminin aparılması, müsahibələrin təşkili və namizədlərin qiymətləndirilməsi;
- Namizədlərin bacarıq və təcrübələrinin müştəri şirkətin tələblərinə uyğunluğunun yoxlanılması;
- İşə qəbul prosesi zamanı müştəri şirkətlərlə mütəmadi əlaqədə qalmaq və onlara uyğun əməkdaş təmin etmək;
- Namizədlərin yerləşdirilməsi ilə bağlı bütün sənədləşmə və koordinasiya işlərinin həyata keçirilməsi;
- İşçi yerləşdirildikdən sonra müştəri şirkətdən rəy almaq və xidmət keyfiyyətinə nəzarət etmək;
- Müştəri şirkətlərə işçi təminatı ilə bağlı konsaltinq dəstəyi göstərmək.
Sizdən nə tələb olunur?
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya əlaqədar sahələr üstünlükdür);
- Ən azı 5 il işə qəbul sahəsində təcrübə (xüsusilə agentlik təcrübə üstünlükdür);
- Müxtəlif sahələr üzrə vakansiyalarla işləmə və uyğun namizəd seçmə bacarığı;
- LinkedIn Recruiter, iş elan saytları və digər axtarış alətlərindən istifadə bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı, müştəri və namizədlərlə effektiv əlaqə qurmaq bacarığı;
- Analitik düşüncə və operativ qərarvermə bacarığı;
- Yüksək məsuliyyətlilik və nəticəyönümlülük;
- Satış və ünsiyyət bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 1000 –1500 AZN (net maaş + faiz);
- Şirkət tərəfindən nahar verilir;
- İş qrafiki: Tam iş günü;
- İş saatları: 09:00-18:00;
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.