Fəaliyyət sahəsi: Avtomobil idxalı və satışı
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat, ofisdaxili
- İş saatları: 10:00–19:00
Çin və Dubay (BƏƏ) bazarlarından sifariş əsasında avtomobillərin idxalı və satışı ilə məşğul olan şirkətimizə rəhbər vəzifələr üzrə peşəkar idarəçilər axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin ümumi fəaliyyətinin və biznes proseslərinin idarə olunması;
- Satış, logistika, maliyyə və inzibati bölmələrin işinin koordinasiyası;
- Şirkətin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Satış hədəflərinin müəyyən edilməsi və nəticələrə nəzarət;
- Çin və Dubay istiqamətləri üzrə idxal, təchizat və logistika proseslərinin idarə edilməsi;
- Əməkdaşların fəaliyyətinə, iş bölgüsünə və icra intizamına nəzarət;
- Müştərilər, xarici təchizatçılar və biznes tərəfdaşları ilə münasibətlərin idarə olunması;
- Xərclərin optimallaşdırılması və şirkətin gəlirliliyinin artırılması;
- Mübahisəli və operativ həll tələb edən məsələlərin idarə edilməsi;
- Rəhbərliyə mütəmadi fəaliyyət və nəticə hesabatlarının təqdim olunması.
Namizədlərə tələblər
- Ali təhsil;
- Rəhbər və idarəetmə vəzifələrində minimum 3 il iş təcrübəsi;
- Komanda idarəetməsi və biznes proseslərinin təşkili üzrə praktiki biliklər;
- Güclü liderlik, təşkilatçılıq və analitik düşünmə bacarığı;
- Maliyyə, satış və əməliyyat göstəricilərini təhlil etmək bacarığı;
- Müstəqil qərarvermə və problem həll etmə qabiliyyəti;
- Yüksək məsuliyyət, iş intizamı və peşəkar ünsiyyət bacarığı.
- Avtomobil idxalı, beynəlxalq ticarət, logistika və avtomobil satışı sahəsində rəhbər vəzifə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Vəzifəyə və peşəkar təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
- Nəticələrə əsaslanan motivasiya sistemi;
- Peşəkar iş mühiti;
- Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanları.
Müraciət üçün - WhatsApp: +994 10 310 05 06
Namizədlərdən CV-lərini göndərərkən müraciət etdikləri vəzifəni (Şirkət direktoru / İcraçı direktor / Direktor müavini) qeyd etmələri xahiş olunur.
Qeyd: Namizədlərin peşəkar təcrübəsi və idarəetmə bacarıqları nəzərə alınmaqla müvafiq rəhbər vəzifəyə uyğunluğu qiymətləndiriləcək.