Restoran Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran Direktoru

  • Deadline 27 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran, catering və tədbir xidmətləri üzrə fəaliyyət göstərən şirkətimizin əməliyyat idarəetməsini həyata keçirmək, biznes nəticələrini yüksəltmək və fəaliyyət istiqamətləri arasında effektiv koordinasiyanı təmin etmək üçün Restoran Direktoru axtarırıq.

Fəaliyyətimiz 3 əsas istiqaməti əhatə edir: restoranın gündəlik fəaliyyəti, catering xidmətləri və kənar məkanlarda təşkil olunan tədbirlər. Hər istiqamət üzrə menecer fəaliyyət göstərir.

Axtardığımız namizəd bu istiqamətlərin menecerlərinin fəaliyyətini koordinasiya edən, əməliyyat və maliyyə nəticələrinə nəzarət edən, idarəetmə standartlarının formalaşdırılmasına və biznesin inkişafına töhfə verən rəhbərdir.

Əsas vəzifələr:

  • Restoran, catering və tədbir istiqamətlərinin ümumi idarəetməsini və koordinasiyasını təmin etmək;
  • 3 istiqamət üzrə menecerlərin fəaliyyətini idarə etmək, məqsəd və prioritetləri müəyyənləşdirmək, nəticələrini qiymətləndirmək;
  • İstiqamətlər üzrə fəaliyyət planlarının, büdcələrin və əməliyyat hədəflərinin hazırlanmasına və icrasına nəzarət etmək;
  • Satış, gəlir, xərclər, food cost, labor cost və rentabellik göstəricilərini təhlil etmək və idarə etmək;
  • İstiqamətlər üzrə KPI-lərin müəyyən edilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsini təmin etmək;
  • Restoran, catering və tədbir xidmətlərində vahid xidmət, keyfiyyət və əməliyyat standartlarının tətbiqinə nəzarət etmək;
  • İşçi qüvvəsinin, resursların, avadanlıqların və əməliyyat ehtiyaclarının effektiv planlaşdırılmasını təmin etmək;
  • Təchizat, anbar, inventarizasiya, məhsul itkiləri və silinmələrə nəzarət sistemini formalaşdırmaq və monitorinq etmək;
  • Müştəri məmnuniyyətini, xidmət keyfiyyətini və şikayətlərin idarə edilməsini təmin etmək;
  • Menecerlər tərəfindən təqdim olunan hesabatları təhlil etmək, riskləri və problemləri müəyyənləşdirmək, həll yolları və inkişaf tədbirləri müəyyən etmək;
  • Əməliyyat proseslərinin optimallaşdırılması, xərclərin azaldılması və effektivliyin artırılması üzrə təşəbbüslər irəli sürmək;
  • Qida təhlükəsizliyi, sanitariya, daxili prosedurlar və standartlara riayət olunmasını təmin etmək;
  • Rəhbərliyə fəaliyyət göstəriciləri, maliyyə nəticələri, risklər və inkişaf istiqamətləri üzrə mütəmadi hesabat təqdim etmək.

Namizədə tələblər:

  • Restoran, hospitality və ya catering sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il təcrübə;
  • Restoran əməliyyatlarının və bir neçə fəaliyyət istiqamətinin idarə edilməsi üzrə təcrübə;
  • Menecerlərin idarə edilməsi, komanda formalaşdırılması və rəhbərlik bacarığı;
  • Büdcə, satış, xərclər, food cost, labor cost və rentabellik göstəricilərini təhlil etmək bacarığı;
  • KPI sistemi və performans idarəetməsi üzrə praktiki bilik;
  • Əməliyyatların planlaşdırılması, koordinasiyası və nəzarəti üzrə təcrübə;
  • Analitik düşüncə, strateji yanaşma və qərarvermə bacarığı;
  • Problemlərin həlli, təşəbbüskarlıq və yüksək məsuliyyət;
  • MS Office üzrə yaxşı bilik;
  • IIKO və digər restoran idarəetmə proqramlarında işləmək bacarığı arzuolunandır.

İş şəraiti:

  • İş yeri: Xətai rayonu, Ağ Şəhər
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: 2500 - 3500 AZN Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Restoran Direktoru” qeyd etməklə göndərə bilərsiniz.

  • Daily109
  • Weekly474
  • Monthly1938