C Company
  • 127

Company

Other

Satınalma üzrə aparıcı məsləhətçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satınalma üzrə aparıcı məsləhətçi

  • Истекает 8 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş yeri: Məsafədən
  • İş rejimi: Sərbəst
  • Əmək haqqı: Razılaşma əsasında

Namizədə tələblər:

  • Təhsil: Satınalma, maliyyə, təchizat zəncirinin idarə olunması, iqtisadiyyat və digər əlaqəli sahələr üzrə ali təhsil
  • İş təcrübəsi: Dövlət satınalmaları sahəsi üzrə minimum 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan və ingilis dilində sərbəst danışıq və yazı bacarıqlarına sahib olması (rus dili üstünlükdür)

Xüsusi biliklər:

  • Yerli və xarici bazar araşdırılmasını, araşdırma nəticələrinin müqayisəli təhlilini bacarmalı
  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası qanunvericiliyini bilməli və dövlət satınalmalarının vahid internet portalından sərbəst istifadə etməyi bacarmalı;
  • Word, Excel və digər ofis proqramlarında işləmək bacarığı olmalı
  • Məsuliyyətli, diqqətli və çevik olmalı, komanda ilə işləməyi bacarmalı

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici bazar araşdırılmasının aparılması, potensial satıcıların (malgöndərənlərin), eləcə də rəqib strategiyalarının müəyyən edilərək siyahısının müəyyən edilməsi, rəhbərliyin tapşırığına əsasən danışıqların aparılması işində iştirak edilməsi
  • Satıcıdan (malgöndərəndən) daxil olan təkliflərin toplanaraq qiymətləndirilməsi, hərtərəfli və müqayisəli təhlili, qiymət və şərtlərin ilkin müqayisəsinin aparılması
  • Araşdırma və təhlil nəticələrinin hesabatlaşdırılması
  • Dövlət satınalmalarının vahid internet portalında müəssisənin fəaliyyət istiqamətləri ilə əlaqəli mal-material və sair avadanlıqları üzrə elan vermiş satınalan təşkilatların elanların izlənilməsi
  • Dövlət satınalmaları ilə bağlı qanunvericilik aktlarının tələblərinə uyğun olaraq satınalma prosesinin həyata keçirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması və satınalan təşkilata təqdim olunması işinin təşkil edilməsi
  • Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi
  • Satınalma prosesinin izlənilməsi, habelə müqavilənin ekspertizasına qədər və müqavilənin icrası zamanı satınalma prosesinin vaxtında idarə edilməsi

Yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə, dinamik komandanın tərkib hissəsi olub innovativ layihələrdə yer alaraq müəyyən olunmuş vəzifə öhdəliklərini layiqincə icra edəcəyinizi düşürsünüzsə, “Müraciət et” düyməsinə kliklədikdə qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Satınalma üzrə aparıcı məsləhətçi” yazmaqla CV-nizi göndərərək vakansiya üzrə müraciət edə bilərsiniz."

  • Daily3
  • Weekly535
  • Monthly739