İş barədə məlumatlar:
- Müvafiq elektron sistemində (portalda) tender və kotirovka müsabiqələrinin keçirilməsi;
- Malların və xidmətlərin şirkətin Satınalma prosedur və qaydalarına uyğun olaraq alışının həyata keçirilməsi;
- Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təhlilinin aparılması və optimal təkliflərin rəhbərliyə təqdim olunması;
- Aidiyyəti müqavilələrin hazırlanması, təsdiqlədilməsi və qarşı tərəfə təqdim edilməsi;
- Satınalma Komissiyanın nəzarəti altında müəssisənin bütün satınalma metodları üzrə satınalmaların həyata keçirmək və tələb olunan sənədləşmə işlərini daxili qaydalara yerinə yetirmək;
- Sənədlərin operativ qeydiyyatının aparılması;
- Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət;
Namizədə tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək (rus və ingilis dillər biliyi arzuolunandır);
- Satınalma qanunvericiliyini bilmək;
- Dövlət elektron sistemində (portalda) işləmə bacarığı;
- 1C proqramında işləyə bilməsi arzuolunandır
- Ünsiyyət qurmaq bacarığı
- Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
- Analitik düşünmək və problem həll etmək bacarığı;
- Komandada işləmə bacarığı.
Əlavə qeydlər:
- 09:00 – 18:00 iş saatları, 5 günlük iş rejimi
- Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək
Namizədlərdən CV-ni “Satınalma üzrə aparıcı mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.