İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat komandasını genişləndirmək məqsədilə Satınalma üzrə aparıcı mütəxəssis vəzifəsinə peşəkar namizəd axtarır.
Vəzifə öhdəlikləri:
- Təchizat sifarişlərinin təşkili, icrasına nəzarət, hesabatların hazırlanması və sifarişlərin bağlanmasının təmin edilməsi;
- Satınalma prosesinin səmərəli və əlverişli şərtlərlə həyata keçirilməsi;
- Satınalma, logistika və idxal proseslərində iştirak etmək;
- Satınalma prosesi çərçivəsində bazar araşdırmasının aparılması, ilkin qiymətləndirmənin həyata keçirilməsi, tədarükçülərlə danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması;
- Müxtəlif mal və xidmətlər üzrə tələbatın müəyyən edilməsi, tədarükçülərlə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Satınalma müqavilələrinin hazırlanması və icrasına nəzarət edilməsi;
- Tədarükçülərdən daxil olan təkliflərin qiymətləndirilməsi və optimal təklifin seçilməsi;
- Alınan mal və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinə nəzarət etmək, satınalma prosesini izləmək və əlaqələndirmək;
- Təşkilatın xarici və daxili kommunikasiyasının effektiv şəkildə təmin edilməsi, rəsmi yazışmaların və korporativ ünsiyyətin peşəkar şəkildə aparılması.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
- Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və yüksək ünsiyyət bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və sürətli iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.