Tikinti şirkətinə Satınalma üzrə Menecer tələb olunur.
Əsas vəzifələr
- Tikinti materialları, avadanlıq və xidmətlərin satınalmasının təşkili;
- Yerli və xarici təchizatçıların araşdırılması və təkliflərin alınması;
- Qiymət, keyfiyyət, ödəniş və çatdırılma şərtlərinin müqayisəsi;
- Təchizatçılarla kommersiya danışıqlarının aparılması və optimal qiymətlərin əldə edilməsi;
- Satınalma sifarişləri və müqavilələrin icrasına nəzarət;
- Materialların layihələrə vaxtında çatdırılmasının koordinasiyası;
- Təchizatçı bazasının formalaşdırılması və inkişaf etdirilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Excel və 1C/ERP proqramlarında işləmək bacarığı;
- Xarici dil (ingilis dili, rus dili əlavə üstünlük)
Tikinti sektorunda geniş təchizatçı əlaqələri və iri həcmli satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.