Satış Koordinatoru
Vəzifə Öhdəlikləri:
- Korporativ müştərilərlə münasibətlər qurmaq, şirkətin məhsullarını tanıtmaq, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə saxlamaq və xidmətlər haqqında məlumat vermək.
- Müsbət biznes və müştəri əlaqələrinin yaradılması, inkişaf etdirilməsi və saxlanılması.
- Soyuq zənglər vasitəsilə müştəri bazasına çıxış etmək.
- Satış komandasının digər üzvləri və şöbələrlə koordinasiyalı şəkildə işləmək.
- Bazarın potensialını analiz etmək, satışları izləmək və status hesabatları təqdim etmək.
- Müştəri tələbləri, problemləri, maraqları, rəqabət fəaliyyəti və yeni məhsul və xidmətlərin potensialı barədə rəhbərliyə hesabatlar təqdim etmək.
- Ən yaxşı təcrübələr və promosyon meylləri ilə daim tanış olmaq.
- Geribildirimlər əsasında davamlı inkişaf etmək.
Tələblər:
- Bakalavr dərəcəsi.
- Bu sahədə 1 il iş təcrübəsi.
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları.
- İngilis dili (B2 səviyyəsi), Rus dili (üstünlük verilir).
- Microsoft Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmə bacarığı.
Şərtlər:
- İş yeri: Aeroport Şossesi.
- İş rejimi: 5/7 iş günü - 08:00-17:00.
- Əmək haqqı: 800-1200 AZN (net) + satışdan bonuslar.
- Şirkət tərəfindən servis, nahar və balanslı mobil nömrə təmin olunur.
CV-lərinizi “Sales Coordinator” mövzusu ilə qeyd edilmiş elektron poçt ünvanına göndərin.