C Company
  • 644

Company

Other

Satış Müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış Müdiri

  • Истекает 28 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tabeçilik: CEO və Direktor

Tabeliyində olanlar: Mağaza menecerləri, baş satıcılar, satış heyəti

İş yeri: Almond şirniyyat mağazalarının bütün filialları

Vəzifənin Məqsədi

Satış müdiri Brend şirniyyat mağazalarının satış strategiyasını idarə edir, mağazaların satış göstəricilərini artırmaq, müştəri məmnuniyyətini yüksəltmək və satış heyətinin effektiv fəaliyyətini təmin etmək üçün məsuliyyət daşıyır.

Vəzifə Öhdəlikləri

  • Mağazaların təyin olunan satış hədəflərinə çatılmasını təmin etmək
  • Satış strategiyasının hazırlanmasında iştirak və icrasına rəhbərlik etmək
  • Hər mağazanın satış göstəricilərini izləmək, təhlil etmək və artırmaq üçün tədbirlər görmək
  • Müştəri davranışlarını analiz edərək yeni satış imkanlarını müəyyənləşdirmək
  • Rəqibləri araşdıraraq bazar analizləri aparmaq və hesabat hazırlamaq
  • Hər bir mağazanın gündəlik satış fəaliyyətini nəzarətdə saxlamaq
  • Mağaza heyətinin iş qrafiklərini optimallaşdırmaq və effektiv idarə etmək
  • İşçilərin geyim forması və nizam-intizamına nəzarət etmək
  • Daxili əmək qaydalarının, iş proseslərinin və mağaza siyasətinin tətbiqinə nəzarət etmək
  • Sosial media və rəqəmsal marketinq strategiyalarının satışa təsirini analiz etmək
  • Satışa təsir edən məhsul təchizatı problemlərinin qarşısını almaq üçün anbar və istehsalatla koordinasiya etmək
  • Online satış xidmətinə nəzarət etmək və inkişaf etdirmək
  • Wolt və digər bu kimi xidmətlər ilə işi aparmaq
  • Mağazada kassa əməliyyatlarının düzgün yerinə yetirlməsinə nəzarət etmək.
  • Karparativ satış istiqamətinin təşkil etmək və inkişaf etdirmək

Müştəri Xidmətləri və Keyfiyyətə Nəzarət

  • Müştəri məmnuniyyətini artırmaq üçün xidmət standartlarını müəyyənləşdirmək
  • Şikayətlərin və iradların təhlili və onların həlli yollarını tapmaq
  • Müştərilərlə əlaqəni gücləndirmək üçün xüsusi tədbirlər keçirmək (anketlər, müştəri sorğuları və s.)

Komanda İdarəçiliyi və Təlimlər

  • Satış komandasının motivasiyasını və effektivliyini artırmaq üçün tədbirlər görmək
  • Mağaza menecerləri və satış heyətinin performansını qiymətləndirmək və inkişaf etdirmək
  • Yeni işçilərin adaptasiya prosesini təşkil etmək və onlara təlimlər keçmək
  • Satış heyətinin bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər təşkil etmək

Hesabatlılıq və Analiz

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Satış analizlərini apararaq inkişaf planları təklif etmək
  • Maliyyə və satış göstəricilərini izləmək və optimallaşdırmaq
  • Satış Müdiri hər ay CEO-ya və Direktora satış hesabatlarını təqdim etməlidir və görülən işlər barədə mütəmadi olaraq məlumat verməlidir.

Satış Müdiri üçün Əlavə Hüquqlar

  • Satışların artırılması və mağaza fəaliyyətinin təkmilləşdirilməsi üçün yeni strategiyalar təklif etmək
  • İşçilərin performansını qiymətləndirərək bonus və ya cərimə tətbiqi ilə bağlı rəhbərliyə təklif vermək
  • Mağaza heyəti ilə iclaslar təşkil etmək və şirkətin fəaliyyətinə uyğun qaydalar müəyyən etmək
  • Öz səlahiyyətləri çərçivəsində mağaza idarəçiliyi ilə bağlı qərarlar qəbul etmək
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən bütün hüquqlarından istifadə etmək

Satış Müdiri üçün Əsas Məsuliyyətlər

  • Satışların artımına və mağazaların ümumi performansına görə
  • Mağaza menecerlərinin və satış komandalarının fəaliyyətinə görə
  • Mağazalarda müştəri məmnuniyyətinin təmin olunmasına görə
  • Məhsul və stok idarəçiliyinin düzgün həyata keçirilməsinə görə
  • İşçilərin daxili qaydalara və əmək intizamına riayət etməsinə görə
  • Mağazalarda təhlükəsizlik və sanitar-gigiyena qaydalarına əməl olunmasına görə
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra olunmasına görə

İş Şərtləri

  • İş qrafiki: Tam ştat (6 gün)
  • Əmək haqqı: Razılaşma yolu ilə təyin olunacaq + satışdan bonus 

Göstərilən tələblərə cavab verən şəxslərin “Satış Müdiri” başlığı qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily4
  • Weekly463
  • Monthly2209