Satış Mütəxəssisi (Kosmetoloji məhsullar üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış Mütəxəssisi (Kosmetoloji məhsullar üzrə)

  • Истекает 7 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Kosmetoloji klinikalar, estetik mərkəzlər və həkimlərlə əməkdaşlıq qurmaq;
  • Mövcud müştəri bazasını idarə etmək və yeni müştərilər cəlb etmək;
  • Şirkətin məhsullarını peşəkar şəkildə təqdim etmək və satış prosesini həyata keçirmək;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun məhsullar təklif etmək;
  • Kommersiya təklifləri hazırlamaq, sifarişləri izləmək və satış sonrası əlaqələri davam etdirmək;
  • Satış planlarının yerinə yetirilməsini təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri və bazar tendensiyalarını izləmək;
  • Gündəlik və aylıq satış nəticələri üzrə hesabatların hazırlanıb təqdim edilməsi

Tələblər

  • Ali təhsil;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kosmetologiya, estetik tibb və ya tibbi məhsulların satışı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Danışıqlar aparmaq və satış bağlama qabiliyyəti;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarından istifadə bacarığı;

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (sabit əməkhaqqı + bonus sistemi);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Satış üzrə mütəxəssis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər

  • Daily2
  • Weekly562
  • Monthly579