Satış rəhbəri

  • Истекает 27 ноябрь 2025

Tabeçiliyi: Kommersiya direktoru/ İcraçı direktor

Tabeliyində: Mağaza menecerləri, satış nümayəndələri, topdan satış mütəxəssisləri, anbar və logistika əməkdaşları

Vəzifənin məqsədi:

  • Bakı şəhəri üzrə həm pərakəndə, həm də topdan satış kanallarında satış hədəflərinin reallaşdırılmasını, bazar payının artırılmasını və satış komandasının effektiv idarə olunmasını təmin etmək.

Əsas vəzifə öhdəlikləri:

Ümumi idarəetmə

  • Bakı regionu üzrə satış strategiyasını formalaşdırmaq və icrasına nəzarət etmək;
  • Satış planlarını aylıq və illik əsasda hazırlamaq, icra nəticələrini analiz edib rəhbərliyə hesabat təqdim etmək;
  • Satış komandasının (pərakəndə və topdan) fəaliyyətini koordinasiya və motivasiya etmək;
  • Satış proseslərinin şirkətin siyasətinə, qiymət strategiyasına və brend standartlarına uyğunluğunu təmin etmək;
  • Satış göstəricilərinə dair həftəlik və aylıq performans hesabatları hazırlamaq.

Pərakəndə satış üzrə

  • Mağazalarda satış planlarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Mağaza menecerləri və satış məsləhətçilərinin fəaliyyətini idarə etmək;
  • Satış nöqtələrində xidmət keyfiyyətini, məhsul təqdimatını və brend görünüşünü təmin etmək;
  • Kampaniya və endirimlərin düzgün icrasına nəzarət etmək;
  • Müştəri məmnunluğunu artırmaq və təkrarlanan satışların sayını artırmaq.

Topdan satış üzrə

  • Topdan müştəri bazasının genişləndirilməsi və yeni tərəfdaşların cəlb olunması;
  • Mövcud topdan müştərilərlə münasibətlərin qorunması və dövriyyənin artırılması;
  • Qiymət təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və icrasına nəzarət;
  • Təhvil, logistika və ödəniş proseslərinə nəzarət etmək;
  • Rəqib şirkətlərin topdan siyasətini və bazar trendlərini təhlil etmək;
  • Yeni məhsulların topdan satış kanalı üzrə bazara təqdimatını təşkil etmək.

Tələblər:

  • Ali təhsil (biznes, marketinq və ya iqtisadiyyat sahəsində üstünlük verilir);
  • Satış və idarəetmə sahəsində ən azı 5 illik təcrübə, o cümlədən 2 il rəhbər vəzifədə;
  • Topdan və pərakəndə satış prinsipləri üzrə dərin bilik;
  • Analitik düşüncə, danışıqlar aparmaq və komanda idarəetmə bacarığı;
  • MS Office və ERP proqramları üzrə biliklər;
  • Yüksək məsuliyyət, çeviklik və nəticəyönümlü yanaşma.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış rəhbəri” yazıb göndərməklə müraciət edə bilərsiniz. 

  • Daily128
  • Weekly226
  • Monthly2328